“Təzə-təzə bir az soyuq görüşürdü, sonra istiqanlı oldu, düşmənçilik nəyə lazımdır ki?”

“Təzə-təzə bir az soyuq görüşürdü, sonra istiqanlı oldu, düşmənçilik nəyə lazımdır ki?”<span class="qirmizi"></span>

“İnsanı insan edən qəlbindəki rəhm, Allaha olan sevgisidir. İnsanların halına, dərdinə yanmırsansa onda sən nə insansan? Sənin daşdan, dəmirdən nə fərqin var ki? Həyatımda o qədər çətin günlər yaşamışam ki, bəzən düşünürdüm ki, artıq dünyanın sonu gəlib çatıb. Yəqin ki, belə hallar hamının həyatında olub. Ən çətin günlərimdə Allaha sığınmışam. Mən çətinliyin nə olduğunu çox gözəl bilirəm, vaxtilə mən də çətin həyat sürmüşəm. Elə günüm olub ki, ər evində mən çörək tapmamışam, amma bunu başqalarına hiss etdirməmişəm. Bu da Allahın imtahanıdır”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O, daha sonra əlavə edib.

“Bəzən insan fikirləşir ki, düzəlməyən bir iş onun zərərinədir. Amma inanın ki, bəlkə də xeyrimizədir, sadəcə bilmirik. Mən çox səbrli olmuşam. Nəsə bir işim alınmayanda əsəbləşirdim, indi isə yox. Demək ki, qismət belə olmalı imiş. Həyat çox qəribədir, bəzən elə hadisələrlə üzləşirik, deyirik ki, ola bilməz” deyə müğənni bildirib.

Mətanət İskəndərli həyat yoldaşının ikinci evliliyindən olan oğlu Hüseyndən də danışıb.

“Kərimin qardaşıdır, ona da çox bənzəyir. Elə bilirəm ki, öz oğlumdur. Kərim getdi gətirdi onu, gəlib mənimlə görüşdü. Təzə-təzə bir az soyuq görüşürdü, sonra elə istiqanlı oldu ki. Hətta anası deyir ki, “səni bilirsən nə qədər çox istəyir?”. Vaxtaşırı gedib görüşürəm də anası ilə. Düşmən olmaq nəyə lazımdır ki? Hamının bir qəribə taleyi var da. Allah Hüseynin toyunu görməyi bizlərə nəsib etsin” deyə müğənni bildirib.

Mənbə: moderator.az