Tahir Əmiraslanov yüzlərlə kitabı əsəbiləşib yandırdı - "Heç kimə lazım deyil"

Tahir Əmiraslanov yüzlərlə kitabı əsəbiləşib yandırdı - "Heç kimə lazım deyil" <span class="qirmizi"></span>

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı, kulinariyaya aid yüzlərlə kitabı yandırıb.

Bakupost.az xəbər verir ki, o kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.

Kitabları yandırmasının səbəbini isə belə izah edib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar , diplomlar və s.yaxşı yanır .

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki"?

İzləyicilər onu sakitləşdirməyə çalışıb.

Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.

Aygün M

Mənbə: www.bakupost.az