Britaniyanın Ukrayna ilə bağlı AYB-dən xahişi

Böyük Britaniya hökuməti Ukraynanı bir daha Avroviziya-2023 mahnı müsabiqəsinin keçiriləcəyi məkan kimi nəzərdən keçirmək xahişi ilə Avropa Yayım Birliyinə müraciət edib.

Kult.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, 2022-ci ildə Ukraynanın “Kaluş Orkestri” qrupu Avroviziya mahnı müsabiqəsində qalib gəldiyi üçün qaydalara əsasən, Ukrayna növbəti mahnı müsabiqəsinə ev sahibliyi etməli idi. Lakin Ukraynanın şəhərləri Rusiya tərəfindən atəşə məruz qaldığı üçün iştirakçıların və tamaşaçıların təhlükəsizliyinə təminat vermək mümkün deyil.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Liftdən istifadə edənlərin nəzərinə: Qapılara toxunmaq, eyni anda bir neçə düyməni basmaq olmaz

SONRAKI XƏBƏR

Ukraynada 17 jurnalist öldürülüb - Azı yeddi nəfər gülləbaran altında həlak olub...