Röya bunun üçün 3500 dollar ödəyib?

Röya bunun üçün 3500 dollar ödəyib?<span class="qirmizi"></span>

Xalq artisti Röya Ayxanın "Tövbə" mahnısına görə MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 dollar ödədiyi iddia olunub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı-prodüser Tarix Əliyev "Tarixin bir günü" proqramında deyib.

"Bizim sənət adamları türk mahnıları oxuyanda onları məhkəməyə verirlər. Röya da "Tövbə"ni oxumaq və yutubda yerləşdirmək üçün 3500 dollar pul ödəyib. Zöhrə Abdullayevə oxuyanda oxuyanda icazəsi var idi. Hər mahnıya görə Türkiyədən pul tələb edirlər, əks halda ifan yutubdan silinir" deyə, o, bildirib.

Qeyd edək ki, "Tövbə" mahnısını mərhum Əməkdar artist Zöhrə Abdullayeva ifa edib. Daha sonra Xalq artisti Röya Ayxan və Əməkdar artist Firuzə İbadova oxuyub.

Milli.Az

Mənbə: news.milli.az