Zaur Kamal efirdə səsləndirdiyi 1 cümlədə 4 səhv etdi - VİDEO

Zaur Kamal efirdə səsləndirdiyi 1 cümlədə 4 səhv etdi -  <span class="qirmizi">VİDEO</span>

ARB televiziyasının aparıcısı Zaur Kamal efirdə dediyi sözləri, hərəkətləri ilə uzun müddətdir ki, gündəmdədir. Sonuncu dəfə iranlı müğənni Afşin Azərini studiyadan qovan aparıcının bu hərəkəti heç də birmənalı qarşılanmadı.

Metbuat.az xəbər verir ki, bu dəfə isə Zaur Kamalın efirdə Azərbaycan dilinin orfoepiyasına riayət etməməsi gözdən qaçmayıb. Belə ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, REAL FM radiosunun direktoru Kəmalə Onur sosial şəbəkə hesabında Zaurun videosunu paylaşaraq dediyi səhvləri qeyd edib:

"Deməli, Zaur qardaş, [iyirmibe şildir] yox, [iyirmi béş ildi], [çiliviziya] yox, [televiziya] demək doğrudur."Tamaşaçı" sözündəki "ç" səsi elə deyilmir. "Alnıaçıq" sözü isə bir vurğu altında tələffüz olunmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, aparıcı Zaur Kamal ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişinin aparıcısıdır.

Mənbə: metbuat.az