39 kiloqram arıqlayan Nurlan Əzizbəyli aparıcını ŞOKA SALDI - VİDEO

Müğənni Nurlan Əzizbəyli xarici görünüşü ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, "Xoş beş" verilişinə qonaq olan ifaçı atdığı artıq çəkisi ilə aparıcı İlhamə Bədəlovanı xeyli təəccübləndirib. Nurlan da çox arıqladığını etiraf edərək onu görən hər kəsin şoka düşdüyünü bildirib.

Mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə efirə çıxan sənətçi 106 kiloqramdan 67 kiloqrama qədər arıqladığını deyib:

"Mədəkiçiltmə əməliyyatına girəndə 106 kiloqram idi. Hazırda isə isə çəkim 67 kiloqramdır. Amma hələ 3 kiloqram da arıqlamalıyam. Əvvəl həkimim dedi 60 kiloqram olmalıyam. Sonra bu çəkinin səhhətimə pis təsir edəcəyini dedi. Əvvəllər idmanla, pəhrizlə arıqlamaq istədim. 10-15 kiloqram ancaq arıqlaya bildim. Köklükdən əziyyət çəkirdim. Artıq çəkilərim ayağıma ağırlıq verirdi. Artıq məndə kompleks yaranmışdı. Son zamanlar köklük və piylənmə mənə əziyyət verirdi. Həyat yoldaşım Nərmin xanımla birlikdə artıq çəkimizdən xilas olduq. O məndən bir neçə ay sonra əməliyyat olundu, haradasa 20 kiloya qədər çəki atıb".

Ətraflı videoda:

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Qeyri-neft-qaz sektorunun inkişafının doğurduğu ümidlər: Neftin qiymətindən asılılığa səbəb qalmayacaq

SONRAKI XƏBƏR

UNİCEF: "Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"