Azərbaycanlı müğənnini aldadıb yarım milyonluq torpağını əlindən alıblar

Azərbaycanlı müğənnini aldadıb yarım milyonluq torpağını əlindən alıblar<span class="qirmizi"></span>

"İllərdir fəaliyyət göstərirsiniz... İstəmirəm sizdən istifadə etsinlər. Verilişlər dəvət edib, istifadə edirlər. Az qazan, alnıaçıq ol. Kimlərinsə qarşısında başıaşağı olma".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" proqramında Əməkdar artist Firuzə İbadovanın ünvanına deyib. O bildirib ki, verilişlər müğənnini çağırıb, onu "yazıq" kimi göstərib, reytinq qazanırlar:

"Bir sənətkarı yazıq kimi göstərmək və qınağa çevirmək olar? O bic olsaydı 20 sot torpağını əlindən almaq olardı? Yarım milyon qiyməti olan torpağı əlindən alındı. Başını aldadıb qol çəkdirdilər. İndikilərin əlindən bir mikrofon almaq olmur".

Qeyd edək ki, "Günün sədası" proqramında F.İbadovanın şəraitsiz evdə yaşadığı nümayiş edilmişdi. Bu isə tənqid olunmuşdu.

Mənbə: news.milli.az