Məşhur  aparıcının anası Nuri Alçodan nə üçün qorxub?- Məşhurlardan GÜLMƏCƏLƏR

Türkiyənin tanınmış aktyoru Nuri Alço hər zaman türk filmlərində mənfi xarakterli obrazları canlandırıb, Onun yaratdığı yaraşıqlı, varlı kişi obrazlarının bir xarakterik cəhəti məşhur idi. Nuri Alçonun qəhrəmanı mütləq şəkildə bəyəndiyi xanımların içkisinə yuxu dərmanı qatıb ona təcavüz edir. Bu səbəblə Nuri Alço uzun zaman türk qadınlarının nifrətini qazanmış, hətta ona “Qazoza ilac atan azqın Nuri” ləqəbi verilmişdi.

Məşhur şoumen Beyazit Öztürk Nuri Alço ilə bağlı məzəli bir xatirəsini paylaşıb.

“Anam, qardaşım, gəlinimiz və onların uşaqlarını da götürüb restoranlardan birinə balıq yeməyə getmişdik. Həmin Məkana Nuri Alço da gəldi. Bizi görüncə masamıza yaxınlaşdı, hörmət olaraq yaxnlaşıb anamın əlini öpmək istədi, halını soruşdu. Anam Nuri bəyi görüncə qorxu içində dərhal bir əli ilə masanın üstündəki stəkanının ağzını qapatdı və üzündəki təşfiş dolu ifadə ilə tələsik cavab verdi. “Yaxşıyam övladım, işindən olma get” dedi.

Anam gerçəkdən Nuri bəyin bütün qadınların stəkanına yuxu dərmanı atdığına inanıbmış”,- deyə Bəyaz gülərək qeyd edib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

"Doktorlar"ın ulduzu illər sonra Türkiyədə TANINMAZ HALDA - FOTOLAR

SONRAKI XƏBƏR

ABŞ Ordusuna təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşını təhvil verilib