Con Lennonun Pol Makkartnini tənqid edən məktubu hərraca çıxarılacaq

Con Lennonun Pol Makkartnini tənqid edən məktubu hərraca çıxarılacaq<span class="qirmizi"></span>

“The Beatles” qrupunun yaradıcılarından biri Con Lennonun britaniyalı müğənni və keçmiş həmkarı Pol Makkartniyə məktubu hərraca çıxarılacaq.

"Unikal" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Nəşrin məlumatına görə, satışa çıxarılan Lennonun müraciətinin üç səhifəsində Makkartni 1971-ci ildə Melody Maker-ə uzun müsahibə verdiyi üçün onun ünvanına tənqidlər var.

Məktubda Con Pauldan onunla vəkillərsiz görüşməyi xahiş edir, həmçinin onu başqa səsyazma şirkətinin səhmlərini almaqda ittiham edir. Ekspertlərin fikrincə, Lennonun imzası ilə müraciətinin hərracda başlanğıc qiyməti ən azı 30 min dollar olacaq.

Mənbə: www.unikal.org