Fərda valideynlərinin arzusunu gerçəkləşdirdi

Aktyor Fərda Xudaverdiyev müğənniliyə başlayıb.

Ölkə.az xəbər verir ki, sənətçi hətta toylara da getməyə başlayıb. Bunla bağlı "Deməsəm olmaz" verilişinə açıqlama verən Fərda ifaçılığa balamasının səbəbini açıqlayıb:

"Bir vaxtlar mahnı oxuyurdum. Sonra dayandırdım. Valideynlərimin arzusu olub ki, mən oxuyum. İndi onların istəyini yerinə yetirirəm. Bir vaxtlar tənqidlərə görə bu işdən çəkindim. Amma indi heç bir tənqid qarşımı ala bilməz. Toylara dəvət alıram, deməli sevilirəm. yetəri qədər də qonararalıram. Qarşıda duetlərim, yeni mahnılarım da var".

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Oğuzda yaşayış evi yandı

SONRAKI XƏBƏR

“Qisas” əməliyyatının iştirakçıları döyüşün təfərrüatlarından danışdılar - VİDEO