Üç həftə əvvəl toyu olan Cennifer Lopez həyat yoldaşından ayrı yaşamaq qərarına gəldi - FOTO

Üç həftə əvvəl toyu olan Cennifer Lopez həyat yoldaşından ayrı yaşamaq qərarına gəldi - <span class="qirmizi">FOTO</span>

Müğənni Cennifer Lopez və aktyor Ben Afflek toylarından cəmi üç həftə sonra ayrı yaşamaqla bağlı qərar veriblər.

Məlumata görə, cütlüyün hər biri öz layihələri üzərində fikirlərini cəmləyib, bu səbəbdən bir müddət ayrı yaşayacaq.

O da bildirilib ki, cütlük iş qrafiki ilə bağlı olan məqamları əvvəlcədən müzakirə edib, müvəqqəti ayrı yaşamaq qərarı qarşılıqlı olub.

Ulduz cütlük uzaqməsafəli əlaqələrin onların birliyini yalnız gücləndirə biləcəyini düşünür. Anonim mənbələr bildiriblər ki, Lopez və Afflek daim zəng edib yazışırlar, onların ailəsi şəxsi həyat və karyera arasında balansı qoruyur.

Xatırladaq ki, Cennifer Lopez və Ben Afflek bu ilin iyulunda Las-Veqasda gizli şəkildə evləniblər, daha sonra yeni evlənənlər Parisə dincəlməyə yollanıblar. Toy mərasimində yalnız ən yaxın adamlar iştirak edib.

Yeri gəlmişkən bu Cennifer Lopezin dördüncü evliliyidir. Onun ilk əri Ohani Noa yeni evliliyin qısamüddətli olacağına dair fikirlərini bildirib.

Mənbə: www.oxu.az