Sarayevo Film Festivalının azərbaycanlı laureatı müsabiqənin münsiflər heyətinə daxil olub

Sarayevo Film Festivalının azərbaycanlı laureatı müsabiqənin münsiflər heyətinə daxil olub<span class="qirmizi"></span>

Azərbaycanlı rejissor Hilal Baydarov 28-ci Sarayevo Film Festivalının münsiflər heyətinə daxil olub.

Festival 12-19 avqust tarixlərində baş tutacaq. Baydarov münsiflər heyətinin digər üzvləri ilə birlikdə “Sənədli filmlər” müsabiqə proqramına daxil edilmiş filmləri qiymətləndirəcək.

Qeyd edək ki, 25-ci Sarayevo Film Festivalında azərbaycanlı rejissorun “Xurma yetişəndə” filmi ən yaxşı sənədli film kimi tanınıb.

 

Mənbə: www.oxu.az