Finlandiya Moskvanın “Sülh” hədiyyəsini 5 dəqiqəyə sökdü

Finlandiya Moskvanın “Sülh” hədiyyəsini 5 dəqiqəyə sökdü<span class="qirmizi"></span>

Finlandiyanın paytaxtı Helsinkidə Sovet İttifaqının hədiyyə olaraq ucaltdığı “Dünyaya Sülh” abidəsi bu gün səhər saat 7 radələrində sökülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, heykəltəraşlıq kompozisiyasını sökülmə prosesi cəmi 5 dəqiqə çəkib.

Şəhər rəhbərliyi qeyd edib ki, abidə meydanda və Hakaniemenranta küçəsində nəqliyyatın hərəkətinin yenidən təşkili ilə əlaqədar götürülüb.

Xatırladaq ki, Moskvanın hədiyyə etdiyi abidənin 1990-cı ildə açılışı olub. Abidənin ucaldılması ilk günlərdən bir çox mübahisələrə səbəb olub. Kompleks bir neçə dəfə hücuma məruz qalıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra abidənin götürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlmişdi.

Mənbə: lent.az