Oğulları Britnini görmək istəmir

Oğulları Britnini görmək istəmir<span class="qirmizi"></span>

Məşhur müğənni Britni Spirsin keçmiş əri və oğullarının atası 44 yaşlı Kevin Federlayn "The Daily Mail"ə müsahibəsində ailəsinin bu gün necə yaşadığından danışıb.

Axşam.az xəbər verir ki, Kevin 16 yaşlı Şon Preston və 15 yaşlı Ceydenin anaları ilə görüşmək istəmədiklərini deyib. O bildirib ki, artıq bir neçə aydır uşaqlar anaları ilə görüşməkdən yayınırlar və hətta onun toyunda iştirak etməkdən belə imtina ediblər.

Federlayn hesab edir ki, münasibətlərin soyumasının səbəblərindən biri müğənninin himayədarlığının sona çatması ilə bağlı medianın həddindən artıq xəbər yayımlaması olub:

"Bütün bunlara baxmaq, dözmək və oğlanlarımın bu yoldan keçməsini izləmək daha çətin idi. Bu, indiyə qədər etməli olduğum ən çətin iş idi. Britninin sosial mediada çılpaqlığını nümayiş etdirmək istəyi də bunda rol oynayıb. Oğullarıma izah etməyə çalışıram: Bax, bəlkə bu, onun üçün özünü ifadə etməyin başqa bir yoludur. Amma hər gün orta məktəbə getməli olan yeniyetmələrin necə olduğunu təsəvvür belə edə bilmirəm".

Federlayn pop ulduzunun qəyyumluq vəziyyətini uşaqlarına izah etməyə çalışdığını da açıqlayıb:

"Onların bununla bağlı çoxlu sualları var idi. Hər şeyə cavab verə biləcəyimi bilmirəm, ancaq onlara analarının köməyə ehtiyacı olduğunu və insanların onu daha yaxşı hiss etdirməyə çalışdığını izah etməyə çalışırdım. Britninin həyatına 13 il nəzarət edən atasına haqq qazandırıram. Mən həqiqətən ailəsinin qayğısına qalan və hər şeyin yaxşı olmasını istəyən bir adam gördüm. Ceymi sükan arxasında olanda hər şey yoluna düşdü. O, onun həyatını xilas etdi".

Federlayn hazırda həyat yoldaşı Viktoriya tərəfindən onunla birlikdə yaşayan oğullarının babası ilə yaxşı münasibət quracağına ümid edir.

 

 

Mənbə: big.az