"İndi Azərbaycan musiqisində ilk sıralardayam"

"İndi Azərbaycan musiqisində ilk sıralardayam"<span class="qirmizi"></span>

"Sizə söz verirəm ki, bu mahnını dinləyəndə çox qəribə hisslər keçirəcəksiniz. Bəzi mahnılar var ki, 50 ildə dinləsəniz, ondan bezməzsiniz. Əminəm ki, bütün Azərbaycan bu mahnını çox sevəcək. Hazırda Azərbaycan musiqisində ilk sıralarda olduğumu bilirəm. Bu eqoistlik deyil, realistlikdir".

OLAY yazır ki, bu sözləri gənc müğənni Hiss (Röya Məmmədova) instaqramda paylaşıb.

İfaçı yeni mahnısındnan bəhs edib:

"Məndən parlağı olacaq, onunla fəxr edəcəm. Çünki realist insanam, mənim həyatım prinsiplərim çox başqadır. Rəqabət üstündə quurlmayıb. Təki hamı məndən daha güclü olsun. Bu mənə sadəcə motivasiya verə bilər. Yerinə və zamanına görə, hər kəs məndən daha güclü olsun. Bu mənə sadəcə motivasiya verə bilər. Yerinə və zamanına görə hər kəs məndən daha istedadlı və güclü ola bilər. Bunu düzgün istifadə və idarə edə bilsə. Əgər səmimi fikrimi bilmək istəyirsinizsə, mənim üçün 15-20 il bundan əvvəl "Ulduz" olmaq daha asan gəlirdi.

Çünki onda sistem fərqli idi. Hər televiziyada gördüyümüzü əlçatmaz hesab edirdik. Əlçatmazsansa, deməli "Ulduzsan". İndi isə çox fərqlidir. Necə ki, 20 il əvvəl tanınmaq daha çətin, "ulduz" olmaq asan idi. İndi isə tam əksi tanınmaq daha asan, "ulduz" olmaq çətindir. Mənim məqsədim isə "Ulduz" olmaq deyil. Bu fərqlibir şeydir. Məqsədim Azərbaycan musiqisində çox fərqli iz qoymaqdır. Reallığın fərqindəyəm. Dünya bazarında "ulduz" olmaq istəyirsənsə, əvvəlcə çox maraqlı kollektivin olmalıdır. Bu danılmaz faktdır. Mən isə artıq özlərinin belə xəbəri olmadan o kollektivin 40 faizini hazır etmişəm. Hər şeyin zamanı var. Hər şey "Bilogy"dən sonra baş verəcək. İnanın mənə".

 

 

 

Mənbə: big.az