Türkiyədə bal ayında olan Afət: “Ərsiz qoca arvadın ərli cavan gəlini qısqanmağı pis olur” – VİDEO

Türkiyədə bal ayında olan Afət: “Ərsiz qoca arvadın ərli cavan gəlini qısqanmağı pis olur” – VİDEO<span class="qirmizi"></span>

 

Müğənni Afət Fərmanqızı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, Türkiyədə istirahətdə olan sənətçi həyat yoldaşı Rusiya vətəndaşı və iş adamı Mamed Nanacanovla səhər yeməyi zamanı çəkilən videosunu sosial şəbəkə hesabında paylaşıb.

Afət yayımladığı görüntülərə “Sabahınız xeyir. Kimsə bu yayın istisində əsəbi vəziyyətdə məhkəmələrdə, kimsə də həyat yoldaşı ilə bal ayında.
Şərəfə. Ərsiz qoca arvadın ərli cavan gəlini qısqanmağı pis olur” şərh yazıb.

Müğənninin yazdığı şərh izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar atmaca dolu bu sözlərin ünvanının qarşı tərəfin qalmaqal yaşadığı Xalq artisti Flora Kərimova olduğunu qeyd ediblər.

Xatırladaq ki, bir müddət əvvəl A.Fərmanqızı Bizim.Media-ya açıqlamasında hamilə olduğunu söyləmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında Afət Fərmanqızının və jurnalist Ülviyyə Alovlunun verdiyi şikayətlər üzrə məhkəmə prosesi keçirilib.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda hər iki şəxsin verdiyi xüsusi ittiham qaydasında şikayətləri icraata qəbul etməyib.

Rəşad Əliyev, Bizim.Media

 


Mənbə: bizim.media