Dünya şöhrətli dizayner vəfat etdi - FOTOLAR

Dünya şöhrətli dizayner vəfat etdi -  FOTOLAR<span class="qirmizi"></span>

 

"Apple" şirkətinin banisi Stiv Cobs, Doja Cat, Selin Dion kimi məşhurları geyindirən Yaponiyalı Dizayner İssei Miyake vəfat edib.

Metbuat.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, 84 yaşlı dizayner qaraciyər xərçəngindən əziyyət çəkirdi.

İssei Miyake 1938-ci ildə Xirosimada anadan olub və Xirosimaya atom bombası atılanda o, hələ yeddi yaşında idi. Şəhərin bombalanmasından 3 il sonra isə anası radiasiyadan vəfat edib.

Tokio İncəsənət Universitetində qrafik dizayn üzrə təhsil aldıqdan sonra o, Parisdə geyim dizayn etməyi öyrənib və məşhur modelyerlər Qay Laroş və Hubert de Givenşi ilə əməkdaşlıq edib. Daha sonra Nyu Yorka yollanıb. 1970-ci ildə Tokioya qayıtdıqdan sonra Miyake Dizayn Studiyasını qurub. Moda innovatoru Issei Xirosimanın dəhşətlərinin şahidi olduqdan sonra "gözəllik və sevinc gətirən" paltarlar yaratmaq istədiyini deyərək, gündəlik də geyinilə bilən avanqard dizaynları ilə yenilik gətirib.

Onun adı 1980-ci illərdə Yaponiyanın iqtisadi və moda şücaətinin dirçəlməsiylə birlikdə çəkilirdi.

Moda sənayesinə verdiyi töhfələrə görə 2010-cu ildə Yaponiyanın Mədəniyyət ordeni ilə təltif edilib.

Miyakenin işi Yapon ənənəvi mədəniyyətini təbliğ etməklə yanaşı, həm də Şərq və ya Qərb anlayışlarından uzaq, yüksək bədii, orijinal ideyalar yaradıb.

 

 

Mənbə: metbuat.az