İzləyicilər məşhur aktyoru görəndə niyə söyürlər? - Məşhurlardan Gülməcələr

İzləyicilər məşhur aktyoru görəndə niyə söyürlər? - Məşhurlardan Gülməcələr<span class="qirmizi"></span>

Lent.az "Məşhurlardan gülməcələr" rubrikasına davam edir:

Türk filmlərində oynadığı rəngarəng obrazlarla xalqın sevimlisi olan ustad oyunçu Şənər Şən deyirdi:

"Mənim filmlərdə canlandırdığım obrazlar əsasən fırıldaqçı kişi obrazları olurdu, qəhrəmanlarım tez-tez “ səni gidi səni!”, “əclaf”, “kırto”, “züyürt” kimi ifadələrdən istifadə edirdilər. Elə bu obrazlarla sevmişdi xalq məni. Di gəl ki, küçədə gedərkən heyranlarım üstümə gəlib, salamlaşmaq əvəzinə, hər məni görəndə o məşhur kəlamlarımdan sitatlarla salamlayırdılar məni.

Küçədə gedərkən kimsə yanımdan keçib gülə-gülə, “səni kırto, səni gidisəni, Əclaf, züyürt“, deyəndə hər kəs onların məni təhqir etdiyini, söydüyünü düşünürdü. Əslində isə tamaşaçılar məni unutmadıqlarını, sevdiklərini elə beləcə söyərək dilə gətiridilər. Nə edək, hər ksəin bəxtinə bir cür sevgi düşür. Mənim qismətimə də söyülmək yazılıb".

***
Şənər Şən gənc olarkən pul qazanmaq üçün Urfada Aşurə mərasiminə qatılır. O zamanlar qurulan xalq tamaşasında heç kim Yezid rolunu oynamaq istəmir. Şənər Şən pul müqabilində rola razılaşır. Tamaşda əlində körpə uşaq olan bir nəfər yaxınlaşıb Şənərdən körpə üçün bir içim su istəyir. Yəzid bu suyu təbii ki, verməməli, xalqın nifrətini qazanmalıydı.

Tamaşadan öncə kəndin mollası Şənərə bərk-bərk tapşırır ki, heç kimə su verməsin. Lakin qarşısındakı adam o qədər ürəkli yalvarır ki, Şənər dözməyib deyir:

“Allah bu mollaya lənət eləsin, mən sənə su verərəm e, o bərk- bərk tapşırıb ki verməyim”.

Tamaşa baş tutmur, ağlamaq əvəzinə xalq gülür və Şənərə pul vermədən Urfadan qovurlar.

Mənbə: lent.az