Şahzadə Diananın ölümü haqqında yeni sənədli serial çəkilib

 

“Discovery+” şahzadə Diananın ölümü ilə bağlı yeni sənədli serial çəkib.

Serial yalnız dörd seriyadan ibarətdir.

Yaradıcılar hadisələrin gedişatını bərpa etməyə çalışıb və Diananın ölümü ilə bağlı istintaqa qiymət veriblər.

Layihədə şahzadənin ölümü ilə bağlı iki rəsmi araşdırmaya diqqət yetirilib. Onlardan biri 1997-ci ildə, qəzadan dərhal sonra, ikincisi isə 2004-cü ildə, Paris polisi qəzanın səbəblərini müstəqil şəkildə araşdırmağa başlayanda keçirilib.

Qeyd edək ki, onilliklər ərzində Diananın ölümü sui-qəsd nəzəriyyələri ilə əhatə olunub. O, 31 avqust 1997-ci ildə 36 yaşında ikən Parisdə avtomobil qəzasında həlak olub.

Mənbə: gazeta.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bakının Kiyevə gizli silah verməsinə dair İDDİA - Bu infotəxribatı hansı ölkə yayır?

SONRAKI XƏBƏR

ABŞ-dan İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!