Tanınmış aparıcı "Xəzər TV"dən getdi - FOTO

Aparıcı və aktrisa Mətanət Əliverdiyeva xeyli müddətdir çalışdığı "Xəzər" kanalı ilə yollarını ayırıb. O, bundan sonra aparıcısı olduğu "Gəzək, bişirək" verilişini təqdim etməyəcək.

Bu haqda aparıcı BAKU.WS-ə açıqlamasında bildirib. Mətanət yeni mövsümdə çalışacağı kanalın adını hələ ki, açıqlamayıb.

O, bununla bağlı verilən suala "Hansı kanalada çalışacağım və hansı verilişdə aparıcı olacağım hələ ki, sirr qalsın. Yeni mövsümdən tamaşaçılar görəcəklər" cavabını verib.

Zöhrə PənahiBAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin energetika naziri: “Rusiya qazının rublla alınmasına dair razılıq əldə olunub” - VİDEO

SONRAKI XƏBƏR

Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib