Tanınmış türk ssenarist Şeyx Şamil haqqında film çəkir

Tanınmış türk ssenarist Şeyx Şamil haqqında film çəkir<span class="qirmizi"></span>

Tanınmış türk ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Şeyx Şamil haqqında serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. Jurnalistlərlə söhbətində o, hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi isə təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu bildirib.

Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. A.Enginin sözlərinə görə, çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.

Fəridə Abdullayeva

Mənbə: azertag.az