Məşhur proqramdakı aşpazın geyimi gündəm oldu - FOTO

Türkiyənin "TV8" kanalında yayımlanan "MasterChef" verilişində aşpaz Somer Sivrioğlunun geyindiyi paltar sosial mediada gündəm olub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən məlumat verir ki, Somer Sivrioğlu geyim tərzi ilə bağlı bunları deyib:

"Çəkim çox olduğundan və Asiya mədəniyyətini sevdiyim üçün bu tip geyimlərlə rahatam. Hər kəsin eyni paltarı geyindiyi, eyni mahnıya qulaq asdığı və eyni yeməyi yediyi trend çılğınlığında fərqli olmağı xoşlayıram. Stilistimiz Nil Kulaçoğlu ilə bu üslub və hərəkətlərimiz davam edəcək".

Məşhur aşpaz sosial şəbəkələrdə yazılan "Ələddinin sehrli çırağından çıxdı", "İllərdir hicab geyinirəm, beləsini mən belə tapa bilmirəm" kimi şərhlər üçün də "Mən bu cür zarafatları sevirəm, təşəkkürlər",-deyib.

 

 

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Erməni həbçinin cəsədi altı aydan sonra Metsamorun soyuducusunda tapılıb

SONRAKI XƏBƏR

Zaqatalada qəza: Yük avtomobilinin sürücüsü öldü