Məşhur aktrisa əri ilə eyni serialda çəkilir - FOTO

Məşhur aktrisa əri ilə eyni serialda çəkilir -  FOTO<span class="qirmizi"></span>

Türkiyənin məşhur aktrisası Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu ilə birlikdə seriala çəkilir.

Lent.az xəbər verir ki, tezliklə hazır olacaq serialdan yeni foto sosial şəbəkələrdə yayılıb.

Baş rollarında Neslihanla Kadirin oynadığı serialın adı "Gecenin ucunda"dır.

Ekran işinin mövzusu da ictimaiyyətə təqdim olunub. İş həyatında uğursuz olub başqalarını xoşbəxt etməyə çalışan, çıxdığı çətin yolda əsl sevgisini tapdığı zaman başına gələnləri tamaşaçıların gözləri önünə gətirəcək.

Qeyd edək ki, serialın ssenari müəllifləri Başar Başaran və Emre Özdür, rejissor isə Barış Erçetindir.

Mənbə: lent.az