Lamiyə AzTV-nin vəfat edən əməkdaşından yazdı: "Verilişlərin sonunda ad və soyadın qalacaq" - FOTO

Lamiyə AzTV-nin vəfat edən əməkdaşından yazdı: "Verilişlərin sonunda ad və soyadın qalacaq" - FOTO<span class="qirmizi"></span>

Ötən gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev vəfat edib.

BAKU.WS xəbər verir ki, aparıcı Lamiyə Ələkbərova sosial şəbəkədə Farizlə bağlı paylaşım edib. O, bir zamanlar onunla eyni kanalda çalışan mətbuat işçisinin vəfatına görə dərin kədər və təəssüf hissi keçirdiyini bildirib:

"Fariz, əziz dost, gözəl operator, gözəl insan, mərd oğlan. Bu nə gediş? Bu nə pis xəbər? Niyə belə tələsdin ölümə? Sənin çox böyük arzuların var idi. Təhminəni Fatehlə tək qoymaqda var imiş, onları tək qoyub bu dünyanı tərk etməkdə var imiş! Nə vəfasız oldun, Fariz. Səndən heç gözləməzdim. Yeni ünvanın, yeni məkanın cənnət olsun cavan, gülərüz, gözəl ,həyatsevər, arzuları ürəyində qalan dost! Səndən sonra çəkdiyin o verilişlər və verilişlərin sonunda yazılan adın və soyadın qalacaq TV-də. Əlvida".

Xatırladaq ki, 39 yaşlı F.Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib. O, evli idi və azyaşlı övladı var.

BAKU.WS

Mənbə: baku.ws