Qarabağ müharibəsinin həqiqətləri Fransada beynəlxalq sərgidə nümayiş olunur

Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirən fotolar Fransanın Lozert şəhərində keçirilən beynəlxalq sərgidə nümayiş olunur.

“Report”un Fransa bürosu xəbər verir ki, Fransanın cənubunda yerləşən orta əsrlər şəhəri Lozertin tarixi küçələrində açıq havada baş tutan tədbirdə dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqati “İnsan təbiəti” adlı fotosərgisi ilə təmsil olunur.

Lozert meriyasının təşkil etdiyi sərgidə tanınmış fotojurnalistin “Qayğısızlıq və ümidsizlik” fotosu Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirir.

Foto 1997-ci ildə çəkilib.

Belə ki, Mahmud ailəsi ilə birlikdə müharibə nəticəsində evini tərk etməli olub.

“Bir gün düşmən əsgərlər tərəfindən mənim evim dağıdıldı. Biz qaçmalı olduq”, - fotonun altında onun dilindən belə bir mətn verilib.

Mahmud və ailəsi Bakının neft buruqları yerləşən çöllərində balaca bir evdə sığınacaq tapıb. Köçkünlüyün acılarını yaşayan bu ailədə iki oğlan uşağı böyüyür. Ceyhun və Təbrizin qayğısız gülüşü acı talelələrinəı baxmayaraq, bu ailədən əksik olmur.

Sərgidə Əfqanıstan, Türkmənistan və digər ölkələrdə çəkilmiş insan təbiətinə həsr olunmuş 34 foto yer alıb.

Tədbir sentyabrın 30-dək davam edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı Olimpiya mükafatçısı İslamiadaya inamlı qələbə ilə start verib

SONRAKI XƏBƏR

Mehmet Ali Erbildən etiraf: "Rekord məndədir, həftədə 6 gün..."