Nura Suri bulvardakı şirkətdən şikayət etdi - VİDEO

Nura Suri bulvardakı şirkətdən şikayət etdi - <span class="qirmizi">VİDEO</span>

Müğənni Nura Suri Bakı bulvarı ərazisində samokat icarəyə verən "WingZ" şirkətindən şikayətçidir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

Suri iddia edir ki, şirkətin əməkdaşları enerjisi çox olan samokatları qəsdən aktiv saxlayır ki, heç kim götürə bilməsin, enerjisi az olanları isə sakinlərə təklif edir.

"WingZ şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (oğlu-red.) bulvarda götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə paylaşmaq qərarına gəldim", - müğənni sosial şəbəkə səhifəsində yazıb.

Məsələ ilə bağlı "WingZ" şirkəti ilə əlaqə saxladıq. Rəhbərlikdən saytımıza bildirdilər ki, deyilənlər həqiqəti əks etdirmir: "Anlaşılmazlıq olub. Əvvəlcə onu qeyd edim ki, samokatın enerjisi 50%-dən aşağıdırsa, müştəri onu götürə bilmir. Digər aktiv samokatı isə əməkdaşımız götürüb ki, gedib digər enerjisi bitmiş samokatlar üçün batareya gətirsin. Nura Suri problemi düzgün ifadə etməyib".

 

 

Mənbə: big.az