Məşhur aparıcı: “Gecələr işıqlar sönürdü, dərslərimi lampa işığında oxuyurdum”

Məşhur aparıcı: “Gecələr işıqlar sönürdü, dərslərimi lampa işığında oxuyurdum”<span class="qirmizi"></span>

Uşaqlıq illərim kənddə keçib. İzləyicilərimin çoxu yəqin bununla bağlı müəyyən qeydlərimi keçmiş postlarımda oxuyub. Onda işıq saatla verilirdi. Dərslərimi çox vaxt lampa işığında hazırlayırdım, kitabları şam işığında oxuyurdum, xəyallarımı da o közərən işıqda qururdum. Amma içimdəki işıq o qədər gur idi ki… Bilirdim ki, o işıq arzularıma gedən yolu aydınladacaq, gələcəyimə şəfəq saçacaq.

Publika.az xəbər verir ki, bu sözləri İctimai Televiziyanın “Sabahın xeyir” verilişinin məşhur aparıcısı Azər Süleymanlı sosial mediada yazıb. Qubanın Nügədi kəndində dünyaya göz açan aparıcı həm kənd xatirələrini bölüşüb. həm də qarşılaşdığı maneələrdən söz açıb:

“Şəhərə, böyük səhnələrə, diləklərimə də o işığın, içimdəki inamın gücüylə gəldim. Bir gün belə o qaranlıqlarda itmədim, inanmaqdan, çalışmaqdan vaz keçmədim…

 

Gənclərlə hər görüşümdə də ən çox “o işıqdan” danışıram. Onları gözlərində gördüyüm işığı qorumağa çağırıram. Çətinliklər, maneələr həmişə olub, olacaq da. Amma bizim ən böyük gücümüz, köməyimiz, sehrimiz bizik - içimizdəki o işıqdır, inamdır, duadır…”

Mənbə: publika.az