Tanınmış müğənninin bu il qazandığı məbləğ bəlli oldu

Tanınmış müğənninin bu il qazandığı məbləğ bəlli oldu<span class="qirmizi"></span>

Türkiyəli müğənni Aleyna Tilkinin bu il reklam çəkilişlərindən əldə etdiyi gəlir ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilk reklamından 2.5 milyon lirə, 2-ci və 3-cü çəkilişlərin hərəsindən isə 4 milyon lirə qazanıb. Müğənni ümumilikdə 10.5 milyon lirə (təxminən 998 min manat) qonorar əldə edib.

A.Tilki qazandığı pullarını isə yalnız daşınmaz əmlaka (torpaq) yatırır.

 

Mənbə: news.milli.az