"Kardaşyana Zabuxdan çox diqqət ayırdıq" - Erməni rejissor

"Kardaşyana Zabuxdan çox diqqət ayırdıq" -  Erməni rejissor<span class="qirmizi"></span>

 

Tanınmış erməni rejissor və prodüser Ruben Mxitarayn diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, yerli mediaya xalqın düşüncə tərzinin dəyişdirilməsindən gileylənib. - İnsanları müalicə etmək lazımdır. Bütün keçmiş səhvlər üçün gündə onlardan 10 dəfə bağışlanma diləmək lazımdır. Bu adamlarla oturub üz-üzə danışmaq gərəkir. İnsanların günahı deyil ki, onlara 30 il yalan danışmağa icazə verildi. Onların gözləri qarşısında haqsızlıqların olması xalqın günahı deyil. O da camaatın günahı deyil ki, savadsızlar milyonçu olub, savadlılar isə arxa plana keçiblər. Bu da xalqın günahı sayılmır ki, kütləyə yalnız öz əlinizdən çıxan tarixi təqdim etdiniz. Zabuxdan çox Kim Kardaşyanın bədənini gördükləri üçün bu adamlar günahkar sayılmırlar. Həmçinin xalqın günahkar sayılmamalıdır ki, 2018-ci ilin mayında Daşnaksütyun Nikolun kim olduğunu çox gözəl bilərək öz səsləri ilə onun baş nazir postunu təmin etdi, - Mxitaryan həm cəmiyyətin düşdüyü bacınacaqlı durumdan həm də ümumilikdə erməniçiliyin anormal istiqamətdə təbliğ olunmasından gileylənib.

Tural Tağıyev

 

 

Mənbə: azvision.az