Brilliant Dadaşova Prezidentlə xanımının mahnısını dinləməsindən yazdı - FOTO-VİDEO

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı onun ifasında səslənən mahnını dinləmələrinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, müğənni həmin görüntüləri sosial media hesabında paylaşaraq "Ali Baş Komandanımızla birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir" deyə, yazıb.

Qeyd edək ki, söhbət "Könlüm" mahnısından gedir. Mahnının musiqisinin müəllifi Frangiz Babayeva, sözləri isə xalq şairi Fikrət Qocaya məxsusdur. Bu bəstə həm də Şövkət Ələkbərova, Leyla Şərifova, Flora Kərimova və digər tanınmış ifaçıların repertuarına daxildir.

 

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...

SONRAKI XƏBƏR

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu -