Stiven Siqal: Donbasda gözlərimlə gördüm, yalandır...

Stiven Siqal: Donbasda gözlərimlə gördüm, yalandır...<span class="qirmizi"></span>

Rusiya-Ukrayna müharibəsini aktyor kimi deyil, bir diplomat olaraq araşdırmağa çalışırdım. Hara əl atırdım orada yalan var idi. Bu, ümumiyyətlə içi və çölü yalan dolu bir qarşıdurmadır.

Axar.az xəbər verir ki, bu fikirləri tanınmış Hollivud aktyoru, idman ustası və ABŞ-Rusiya humanitar məsələləri üzrə xüsusi nümayəndə Stiven Siqal deyib.

“Mən Donbasa yollandım və hadisələrin gedişatını gözlərimlə gördüm. Əslində bu müharibə ətrafında həddən çox feyk xəbərlər mövcuddur. Jurnalistlər xəbərləri havadan uydurur, heç bir istinad edilmir. Konkret olaraq beyinlərin yuyulması prosesi gedir. Ən pisi də odur ki, insanlar düzü bilməyəndə onları istədiyin tərəfə çəkmək olur. Hazırda mən sənədli filmin üzərində işləyirəm. Mən diplomat olaraq bu məsələdə tam neytralam. Nə Ukrayna, nə də Rusiya tərəfində deyiləm. Yalanlar hər iki tərəfdə də var”, - Siqal bildirib.

Mənbə: axar.az