Tanınmış aktrisa : "Onun dərdindən 18 yaşımda ərə getdim"

"Etiraf edim, hər gün Sumqayıtdan 12-ci mikrorayonun dairəsinə, oradan Sumqayıt, Corat, Saray sonra isə Bakıya gəlirdim. O yolu gedib-gəlməyə nifrət edirdim. Onun dərdindən 18 yaşında ərə getdim".

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söz-baz" proqramında deyib. O, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə erkən ailə qurmasının başqa səbəblərini də açıqlayıb:

"Yerim rahat olsaydı, fikirləşərdim ki, tezdir. Amma bu da ailə qurmağım üçün səbəb oldu. Yaxşı qismət çıxmışkən dəyərləndirdim. Oktay Əliyevin atası Xalq artisti Vidadi Əliyev İrəvan Teatrının direktoru, anası da Xalq artisti Elmira İsmayılova. Onlar sırf sənət ailəsidir. Mən də sənəti dəlicəsinə sevirdim. Bu səbəblər də böyük olduğu üçün, onlar da mənim bacarığıma vurğun olduqlarına görə qarşılıqlı anlaşma oldu və biri-birimizi sevdik".

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək VAXT VERDİ

SONRAKI XƏBƏR

Rafiq Hüseynov: "Görünür, mənim də bu yaşda dərsə ehtiyacım var idi"