Qəzaya düşən məşhur aktrisa öldü

Qəzaya düşən məşhur aktrisa öldü<span class="qirmizi"></span>

Bir həftə öncə dəhşətli avtomobil qəzasına düşən amerikalı aktrisa Enn Heç vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” nəşri yazıb.

Qeyd edilir ki, sükan arxasında olan aktrisa Los-Ancelesdə qəza törədib. O, avtomobili ilə öncə digər maşına, sonra isə binaya çırpılıb. Hadisədən sonra xəstəxanaya yerləşdirilmişdi.

1969-cu ildə Ohayo ştatında doğulan aktrisa “Vulkan”, “Donni Brasko”, “6 gün, 7 gecə” kimi ekran əsərlərindəki rolları ilə məşhurlaşmışdı. O, 1991-ci ildə “Başqa dünya” filmindəki roluna görə Emmi mükafatı almışdı.

Mənbə: axar.az