Merveni yenə əsəbiləşdirdilər

Merveni yenə əsəbiləşdirdilər<span class="qirmizi"></span>

Ötən günlərdə sevgilisinin yanında keçmiş həyat yoldaşı Murad Dalkılıcla bağlı suala əsəbiləşən Merve Boluğur yenə özündən çıxıb.

Axşam.az xəbər verir ki, alış-veriş mərkəzində görüntülənən aktrisa jurnalistləri qarşısında görüb əsəbiləşib.

Merve ona ünvanlanan "Bizimlə küsdünüz" sualını cavabsız qoyub. O, üzünü çevirərək məkandan uzaqlaşmağa çalışıb.

Qeyd edək ki, sevgilisinin yanında ona Muradla bağlı sual ünvanlayan jurnalistə Boluğur sərt reaksiya verib.

 

 

Mənbə: big.az