Amerikalı reper barmaqlarına brilyantlar yapışdırdı

Amerikalı reper Lil Uzi Vert barmaqlarına brilyantlar yapışdırıb.

Sənətçi sosial şəbəkədə yeni zinət əşyalarının fotosunu paylaşıb.

Bildirilir ki, o, pirsinq üçün Floridada xüsusi ustanın yanına gedib.

Qeyd edək ki, bu, müğənninin ilk belə təcrübəsi deyil. Təxminən bir il əvvəl Vert alnına 24 milyon dollar dəyərində brilyant yerləşdirib və o, konsertdə repçinin izdihamın içinə tullanması zamanı yerə düşüb. Daş tapılsa da, ifaçı onu əvvəlki yerinə qoymamaq qərarına gəlib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə 11 nəfər kanyondan çıxa bilmədi

SONRAKI XƏBƏR

Elbrus dağlarında alpinist ölüb