Rəqsanə haqda danışmaqdan imtina etdi

Rəqsanə haqda danışmaqdan imtina etdi<span class="qirmizi"></span>

Əməkdar artist Elton Hüseynəliyevin həyat yoldaşı Tamilla Hüseynəliyeva "7 Özəl" proqramındakı addımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, verilişdə şou-biznesdəki tanınmış cütlüklər müzakirə olunub. Onlar arasında Tamillanın küsülü olduğu müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov da yer alıb.

Onların birlikdə yer aldığı klipi görən Tamilla Rəqsanə haqda danışmaq istəməyib.

"Heç nə düşünmürəm. Başqa cütlüklər bir sahədədirlər. Elə bil ki, onlar arasında bir də bunlar. Çətin məqamda fikir söyləyə bilmirəm. Elə sonuncu sıraya da onları qoyurum. Onları belə görürəm" deyə, Tamilla deyib.

Qeyd edək ki, Tamilla və Rəqsanə arasında illər əvvəl qalmaqal yaşanıb. Tamilla bir vaxtlar Rəqsanənin prodüseri olub. Onlar qalmaqallı şəkildə ayrılıb. Dəfələrlə bir-birinin ünvanına təhqirlər və ittihamlar səsləndiriblər.

 

 

Mənbə: big.az