Elvin əməliyyatdan sonra

Elvin əməliyyatdan sonra <span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Axşam.az xəbər verir ki, aktyor artıq evə buraxılıb. O, əməliyyatın uğurlu keçdiyini bildirib:

"Evə buraxıldım. Müalicəm də evdə davam edəcək. Müalicə yarım il getməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora bacısı Gülnaz donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülməli idi.

Mənbə: yenilik.az