Meray Kerrinin lüks malikanəsi qarət edildi - FOTO

Meray Kerrinin lüks malikanəsi qarət edildi - <span class="qirmizi">FOTO</span>

Amerikalı müğənni Meray Kerrinin ABŞ-ın Atlanta şəhərindəki 5,6 milyon dollarlıq evi qarət edilib.

Doqquz yataq otağı və on üç vanna otağı olan malikanədə oğurluq iyulun 27-də, ifaçı sevgilisi ilə birlikdə İtaliyadakı villasında istirahət edərkən baş verib.

Hüquq-mühafizə orqanları sənətçinin evindən konkret nəyin oğurlandığı barədə məlumat vermirlər.

Polisin bildirdiyinə görə, məhdud məlumat malikanəyə girmə faktı ilə bağlı istintaqın hələ də davam etməsi və işdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi ilə əlaqədardır.

Mənbə: www.oxu.az