Rasim Balayev Elza Seyidcahanı "yıxıb-sürüdü" - VIDEO

Rasim Balayev Elza Seyidcahanı "yıxıb-sürüdü" - <span class="qirmizi">VIDEO</span>

ARB TV-də yayımlanan "Onun Sirri" verilişinin qonağı bu dəfə Elza Seyidcahan olub.

BiG.AZ xəbər verir ki, Xalq artisti, aktyor Rasim Balayev Elza Seyidcahanı sərt şəkildə tənqid edib:

"Ona bir deyən yoxdur ki, "İşinlə məşğul ol!", "Sən şair deyilsən!", "Bu şeir efirlik deyil, bacım-qızım!"

Akademik Nizami Cəfərov isə ,öz növbəsində, Elzanı müdafiə edib:

"Elza Seyidcahana heç kim "sən şair deyilsən" deyə bilməz. Ona qalsa, dünyada da, Azərbaycanda da çox məşhurlaşan şairlər olub ki, şair deyillər. Ya kimin üçünsə şair deyillər, ya ümümi böyük sənət dəyərləri baxımınından şair deyillər. Ona görə də bu, absurd söhbətdir. Mən heç vaxt istəməzdim ki, Elza Seyidcahana elə bir söz deyilsin".

Elza Seyidcahanın Rasim Balayevə cavabı belə olub:

"Mənim kimi boyük bir şairi şəxsiyyətli, görkəmli aktyorumuz, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir.
Ümüd edirəm ki, nə vaxtsa mənim də yazdığım şeir onu qanə edər. Mən də ona başqa sözlər deyə bilərəm. O bizim Nəsimimizdir, biz də onu həyat tərzində, xasiyyətində Nəsimi kimi görmək istiyərdik".

Aytən Süleymansoy

 

 

Mənbə: big.az