Məşhur bestsellerin müəllifi vəfat etdi

Məşhur bestsellerin müəllifi vəfat etdi<span class="qirmizi"></span>

Britaniyalı məşhur yazıçı Nikolas Evans 72 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Nikolas Evans məşhur “Atlara pıçıldayan adam” əsərinin müəllifidir. 15 milyon nüsxə ilə satılan bu kitab 20 ölkədə bestsellerlər siyahısında birinci yeri tutub.

Mənbə: axar.az