Məşhur yazıçı vəfat etdi - FOTO

Məşhur yazıçı vəfat etdi - <span class="qirmizi">FOTO</span>

"Atlara pıçıldayan adam" kitabının müəllifi Nikolas Evans vəfat edib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, 72 yaşlı yazıçının infarkt səbəbilə həyatını itirdiyi bildirilir.

Evansın 1995-ci ildə qələmə aldığı "Atlara pıçıldayan adam" ("The Horse Whisperer") kitabı 15 milyon nüsxədən çox satılıb. 40 dilə çevrilən kitab 20 ölkədə ən çox satılanlar siyahısında bir nömrəyə yerləşib. Roman əsasında film də çəkilib, filmin rejissoru Robert Redford olub.

Yazar daha öncə iki dəfə ölümdən dönüb. Məşhur romanını qələmə alarkən dəri xərçənginə yaxalanıb. Uzun müddət sonra o, sağala bilib. 2008-ci ildə isə Evans Şotlandiyada dağlıq əraziyə etdiyi səfər zaman səhvən zəhərli göbələk yediyi üçün xəstəxanalıq olub.

Aysel

Baku Post

Mənbə: www.bakupost.az