“Oskar”da aldığı mükafatı və maşınını OĞURLADILAR

“Oskar”da aldığı mükafatı və maşınını  OĞURLADILAR<span class="qirmizi"></span>

Sonuncu “Oskar”da “Ən yaxşı ikinci plan aktyoru” mükafatına layiq görülən Troy Kotsurun həm avtomobili, həm də mükafatı oğurlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında avtomobilinin oğurlandığını açıqlayıb.

Az sonra hər iki oğrunu polislər avtomobildə yaxalayıb və mükafat da sahibinə qaytarılıb.

Kotsur polislərlə çəkdirdiyi fotonu da sosial şəbəkədə paylaşaraq ona göstərdikləri köməyə görə təşəkkür edib.

Mənbə: lent.az