Rihannanın sevgilisinin başı dərddə: 9 il həbs cəzası - FOTO

 

Mayın sonunda ata olduqdan sonra 33 yaşlı repçi A$AP Rokkinin (Rakim Mayers) qaranlıq keçmişi üzə çıxıb.

Bizim.Media “TMZ”ə istinadən xəbər verir ki, Los-Anceles prokurorları bazar ertəsi repçini ittiham ediblər.

O, Relli ləqəbli dostu - repçi Terell Efrona silahla hücum etməkdə ittiham olunur.

“İctimai yerdə silahla atəş açmaq təkcə qurban üçün deyil, həm də Hollivudu ziyarət edən günahsız vətəndaşlar üçün faciəvi nəticələrə səbəb ola biləcək ciddi bir cinayətdir” - deyə rayon prokuroru Corc Qaskon bildirib.

Zərərçəkənin sözlərinə görə, hadisə 2021-ci il noyabrın 6-da Rihannanın 4 aylıq hamilə olduğu vaxt baş verib.

İddiaya görə, repçi dostunu söhbətə çağırıb, münasibətləri həll etmək əvəzinə silahını çıxarıb Efrona üç dəfə atəş açıb. Nəticədə o, sol əlindən yaralanıb. A$AP dərhal həkimə müraciət edib. İndi Rokkinin keçmiş dostu təzminat üçün 25.000 dollar tələb edir.
Avqustun əvvəlində zərərçəkmişin vəkilləri “TMZ” nəşrinə bildiriblər ki, ittihamlar irəli sürüldükdən sonra onun müdafiəçisi ölümlə hədələnib.

Rəşad Əliyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ukraynada azərbaycanlı döyüşçü həlak olub

SONRAKI XƏBƏR

Qarabağla bağlı kitab yazan Henri Van Rens Umud Mirzəyevlə görüşdü