Dünya ulduzu Alessandro Safina BAKIDA - VİDEO

Dünya ulduzu Alessandro Safina BAKIDA - VİDEO<span class="qirmizi"></span>

 

İtaliyanın məşhur tenoru Alessandro Safina Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat yayıb.

Dünya ulduzu ilə bir araya gələn sənətçi onu öz məkanında qonaq edib. E.Ağalarov bildirib ki, A.Safina sabah, yəni avqustun 17-də “Yaşıl Teatr”da baş tutacaq “Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi”ndə çıxış edəcək.
Qeyd edək ki, Alessandro Safina "Klon" serialında səslənən "Luna" nəğməsi ilə daha da məşhurlaşıb.

Rəşad Əliyev, Bizim.Media
 

 

Mənbə: bizim.media