Məşhur aparıcının məhkəmə salonunda ÜRƏYİ GETDİ - FOTO

Məşhur aparıcının məhkəmə salonunda ÜRƏYİ GETDİ - FOTO<span class="qirmizi"></span>

 

Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların məhkəməsi keçirilib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə zalında aparıcının vəziyyəti ağırlaşıb.

Bu barədə açıqlama verən aparıcının vəkili Pırıl Erkanlı Üçgül bildirib ki, saxlanılanların verdiyi yalan ifadələr qarşısında susa bilməyən Ece Erken huşunu itirərək yıxılıb.

“E. Erken özündən getdiyi anda başı oturacağa dəydi. Onun qollarına girərək arxa qapıdan çıxardıq. O, artıq xəstəxanaya çatdırılıb” – deyə vəkil qeyd edib.

Xatırladaq ki, “Beşiktaş” klubunun keçmiş meneceri, vəkil Şafak Mahmutyazıcıoğlu yanvarın 27-nə keçən gecə İstanbulun Bakırköy ərazisində yerləşən balıq restoranına silahlı basqın nəticəsində dünyasını dəyişib.

www.yenicag.az

Mənbə: yenicag.az