Azərbaycanlı aktyor: “Mentalitetə uyğun olmayan obrazı canlandıraram” – VİDEO

Azərbaycanlı aktyor: “Mentalitetə uyğun olmayan obrazı canlandıraram” – VİDEO<span class="qirmizi"></span>

 

“Azərbaycanın milli mentalitetinə uyğun olmayan obrazı canlandıraram”

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Rəşad Səfərov qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

Sənətçi aktyorun özünü çərçivəyə salmamasını və bütün rolları ifa etməli olduğu bildirib.

“Əgər sən aktyorsansa, bütün obrazları canlandırmalısan. Aktyor kompleksli olmalı deyil. Dərs prosesində hər zaman deyirəm ki, aktyor hər şeyə qadir və hazır olmalıdır. Aktyor var ki, gözünün içinə baxıb danışa bilmir. İnsan gözünün içinə baxıb danışmalıdır” – deyə R.Səfərov fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media