Anar Kərimov: Müslüm Maqomayev Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub

 

Bakı, 17 avqust, Emil Məlikov, AZƏRTAC

Bu gün Azərbaycan xalqı və mədəniyyəti üçün əlamətdar bir gündür. Dünyaşöhrətli ifaçı Müslüm Maqomayevin anım gününə toplaşmışıq. Onun Azərbaycan xalqının, mədəniyyətinin zənginləşməsinə verdiyi töhfəni qeyd etmək və xatırlamaq üçün hamınız bu gün buradayıq. Müslüm Maqomayev XX əsrin ən nəhəng vokal ifaçılarından biri olaraq dünya estradasının ən gözəl nümunələrini seçərək özünəməxsus şəkildə ifa edirdi. O, Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov Müslüm Maqomayevin anım mərasimində bildirib.

Unudulmaz ifaçının öz ölkəsinə bağlılığının onun yaradıcılığında və mahnılarında da duyulduğunu qeyd edən nazir deyib: “Biz Azərbaycan xalqı olaraq M.Maqomayev kimi şəxsiyyəti heç vaxt unutmayacağıq və onun ifa etdiyi mahnılar daim bizim yaddaşımızda özünəməxsus yerini tutacaq. Dövlətimiz tərəfindən də onun yaradıcılığına hər zaman böyük dəstək göstərilib. Eyni zamanda, ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək, Müslüm Maqomayevə çox böyük dəstək olub. Bu ənənə də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. M.Maqomayevin yaradıcılığı və mahnıları hər zaman qəlblərdə yaşayıb və həmişə də yaşayacaq”.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İrəvanda baş vermiş partlayışa görə Rusiyanı ittiham edirlər: Münasibətlər gərginləşib

SONRAKI XƏBƏR

“Artıq Ermənistanın nə ordusu, nə də ləyaqəti var” – Erməni politoloq