“Faytonçu” Nazim: “Əynimdə 1070 manatlıq geyim, cibimdə isə...” – VİDEO

 

“Əynimdə olan bu pencəyi 450 manata, köynəyimi 70 manata, şalvarım 200 manat, ayaqqabımı isə 350 manata almışam”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Faytonçu” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyari “Maqazin Plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, geyim alanda qiymətinə baxmır. “Əgər bir geyim xoşuma gəlirsə, qiymətindən asılı olmayaraq alıram. Ucuz və ya baha olmasına baxmıram. Xoşuma gəlirsə, mənə yaraşırsa, alıram”.
Nazim kamera önündə cibindən çıxan pulları da sayıb.

“Cibimdə 320 manat pulum var. Amma qalan pullarım isə bank kartımdadır”.

Rəşad Əliyev, Bizim.Media

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Xarkov niyə hər gün vurulur: Britaniya kəşfiyyatı səbəbi açıqladı

SONRAKI XƏBƏR

Avropa çempionatı: Azərbaycanın idman gimnastı finala yüksəlib