Finlandiyanın baş naziri narkotestdən keçib

Finlandiya hökumətinin başçısı Sanna Marin avqustun 19-u narkotik testindən keçib.

Məlumata görə, testin nəticələr bir həftəyə hazır olacaq.

“İlk növbədə qeyd etmək istəyirəm ki, son günlər cəmiyyətdə mənim narkotikdən istifadə edilən bir məkanda olmağım və ya narkotikdən istifadə etdiyim barədə ciddi ittihamlar səslənir. Bu gün mən narkotik testindən keçdim, nəticələri təxminən bir həftə sonra məlum olacaq”, - deyə siyasətçi Finlandiya hökumətinin mətbuat xidməti tərəfindən yayımlanan mətbuat brifinqində bildirib.

Baş nazir nisbətən gənc olsa da, narkotiklə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Qeyd edək ki, Marinin 37 yaşı var. Bir neçə gün öncə onun əyləncə gecəsində çılğın rəqs edərkən görüntüləri yayılıb. Videoda siyasətçi digər insanların əhatəsində içki içir, rəqs edir və əylənir. Sosial şəbəkələrdə bir çox finlər bu cür davranışın ölkənin baş nazirinə yaraşmadığını bildirib və onun narkotik maddələrin təsiri altında ola biləcəyindən şübhələniblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Üzüklərin hökmdarı”nın ulduzu: “Rusiyalılara ork deməyin, bu, bizə təhqirdir” - VİDEO

SONRAKI XƏBƏR

UEFA PSJ və "Marsel"i cəzalandıracaq