Məşhur yunan müğənnisi ŞUŞADA - FOTO

Məşhur yunan müğənnisi ŞUŞADA - FOTO<span class="qirmizi"></span>

 

Məşhur yunan müğənni Elefteria Elefteriu Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, on il əvvəl ölkəsini Bakıda keçirilən “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Aphrodisiac” mahnısı ilə təmsil edən ifaçı səfəri çərçivəsində Şuşaya yollanıb.

Bakının gəzməli-görməli yerlərini gəzən Elefteria Azərbaycan mətbəxinin ləziz təamlarına baxıb. Həmin anları sosial şəbəkə hesabında paylaşan ifaçı “Salam Bakı. Mən qayıtdım” şərhini yazıb.

Daha sonra isə E. Elefteriu Şuşadan və Cıdır düzündən görüntülərini yayımlayıb.

Rəşad Əliyev, Bizim.Media


















Mənbə: bizim.media